Zidan: "Messisiz "Barselona" yaxşı görünmür"

10:50 24 Sentyabr 2016

“Real”ın baş məşqçisi Zinəddin Zidan komandasının aparıcı üzvü Kriştianu Ronaldo və “Barselona”lı Lionel Messi haqda danışıb. 

Fransız məşqçi Ronaldonun zaman keçdikcə daha yaxşı çıxış etdiyini bildirib: 

“Yaşı artdıqca Ronaldo daha yaxşı təsir bağışlayır. O, böyük futbolçudur. Ronaldo haqda danışanda dayana bilmirəm. Portuqaliyalı forvard yüksək səviyyədə çıxış edir, necə qol vurmalı olduğunu çox yaxşı bilir”. 

Messi haqda isə Zidan bunları söyləyib:

“Messisiz “Barselona” yaxşı görünmür. Düzdür, onsuz da “Barselona” pis təsir bağışlamır. Lakin Messi heyətdə yer alan “Barselona” çox təhlükəli komandaya çevrilir”.


Digər xəbərlər

Xəbər xətti