Əfsanə basketbolçu karyerasını bitirdi

13:33 24 Sentyabr 2016

NBA ulduzu Kevin Qarnet karyerasını başa vurduğunu açıqlayıb. Bu qərarı barədə o , hazırki komandası Minnesotaya məlumat verib.
 
«Hər kəsə öz təşəkkürümü bildirirəm. Bunu sözlə ifadə edə bilmərəm. Hər kəsə mənə qarşı məhəbbətinə görə minnətdarlığımı çatdfırmaq istəyirəm», — deyə Qarnet bildirib.
 
Minnesotanın sahibi Qlen Teylor isə Qarnetin qarşısında necə böyüdüyündən qürur duyduğunu açıqlayıb. Bundan başqa o , azarkeşlər adından Kevinə minnətdarlığını bildirib.

Qeyd edək ki, 40 yaşlı basketbolçunun daha bir il müqaviləsi var idi. Buna əsasən o 8 milyon dollar qazanmalıydı. Qarnet karyerası ərzində 21 mövsümdə Minnesota , Boston və Bruklinin şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti