HDÇ-2016: yunan-Roma yığmamız komanda hesabında ikinci oldu

23:58 24 Sentyabr 2016

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

 

Sportarena.az xəbər verir ki,son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalı komandamıza 71 kq-da mübarizə aparan Həsən Əliyev qazandırıb. 

 

Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və İslam Abbasov (85 kq) yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. Bürünc medalları isə komandamıza Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) qazandırıb. 

 

Bu nəticə ilə yunan-Roma yığmamız 53 xal toplayaraq komanda hesabında ikinci yeri tutub. Rusiya (61 xal) birinci, Ukrayna (52 xal) üçüncü yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti