UEFA-dan "Qarabağ"a sərt cəza!

13:29 25 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən "Qarabağ" - "Slovan" matçının son dəqiqəsində Rəşad Sadıqovun vurduğu qoldan sonra iki azarkeşin meydana daxil olması "Qarabağ"a baha başa gələcək. 

 

Sportarena.az xəbər verir ki, UEFA yeni həftənin ilk günlərində məlum hadisə ilə bağlı Azərbaycan təmsilçisinin cəzasını açıqlayacaq.
 

Məlumata görə, qitənin ali futbol qurumu "Qarabağ"a bu dəfə pul cəriməsi tətbiq etməklə kifayətlənəcək. Bizdə olan bilgiyə görə, cərimə 15 min avro civarındadı. Bu hal növbəti dəfə təkrarlansa, təmsilçimiz daha ağır - azarkeşsiz oynama cəzası ilə üzləşəcək.
 

Qeyd edək ki, sözügedən hadisə zamanı polislərin davranışı da UEFA nümayəndəsini qane etməyib. Belə ki, asayiş keşikçiləri tərəfindən meydana daxil olan fanatların polis bölməsinə aparılmaması onun narazılığına səbəb olub. Nümayəndənin fikrinə görə, azarkeşlər yenidən tribunaya çıxmalı deyildi.(futbol11.az)


Xəbər xətti