Almaniya klubu baş məşqçisiz qaldı

16:50 25 Sentyabr 2016

Almaniyanın "Hamburq" klubu baş məşqçi runo Labbadianı istefaya göndərib. 


Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.


Məlumata görə, buna səbəb komandanın uğursuz çıxışı olub. Belə ki, geridə qalan 5 turdan sonra "Hamburq" klubu cəmi 1 xal toplaya bilib. Komanda 50 yaşlı mütəxəssislə birgə onun köməkçilərini də vəzifələrindən uzaqlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti