Teo Uiks: "Özümü çox üzgün hiss edirəm"

00:25 26 Sentyabr 2016

"Qəbələ" Premyer Liqanın 6-cı turunda "Zirə"ni səfərdə 2:0 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmada dubl edən Teo Uiks jurnalistlərin suallarını cavablandırıb:

 

- Liderliyinizi bu tur da qorudunuz...

- Çempion olmaq üçün bütün oyunlarda qalib gəlmək lazımdır. Hazırda bu davam edir. Demək asandır, amma qələbə qazanmaq çətindir.

 

- Qələbə seriyanızın sirri nədir?

- İstəyirik ki, uduzmayaq. Kompakt şəkildə oynayırıq. Bizim müdafiə xəttimiz güclüdür.

 

- “Qarabağ”la oyunda qələbə seriyasını davam etdirmək mümkün olacaq?

- “Qarabağ” çox güclüdür. Biz yaxşı müdafiə olunsaq, belə onlar bizə qol vura bilər. Onlar da bizim kimi Avropa Liqasının qrup mərhələsində çıxış edən komandadır. Oyunlarını diqqətlə izləmişəm və çox yaxşı kollektivdirlər.

 

- Avropa Liqasında “Maynz”a qarşı oyunu da buraxacaqsınız. Bu, sizə necə təsir edir?

- Özümü çox üzgün hiss edirəm. Komandam oynayır və mən bunu kənardan izləyirəm. İstəyirəm ki, komandama meydanda kömək olum. Qələbə sevincini onlarla birgə yaşamaq istəyirəm. Məğlub olduqda da həmçinin.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti