Millimiz Dünya Çempionatındakı çıxışını dayandırdı

10:11 26 Sentyabr 2016

Azərbaycan milli komandası Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında çıxışını başa vurmalı olub.
Bu gün 1/4 final mərhələsində Cali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində Portuqaliya yığması ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb.
Xatırladaq ki, dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn millimiz, İspaniya komandasına 2:4 hesabı ilə məğlub olmuş, iranlı futzalçılarla isə heç-heçə etmişdi – 3:3. Komandamız 1/8 final mərhələsində Tayland yığmasına 13:8 hesabı ilə qalib gəlmişdi.


Digər xəbərlər

Xəbər xətti