Qapıçı bu qolla tarixə düşdü - VİDEO

11:53 26 Sentyabr 2016

Jasurbek 16 yaşlı futbolçular arasında keçirilən Asiya çempionatında fərqlənib. Özbəkistan və KXDR yığmaları qrupda 1-ci yerin taleyini müəyyənləşdirmək üçün qarşılaşıblar.

Öz cərimə meydançalarında topa sahib olan özbək qapıcı onu güclü zərbəylə meydana daxil edib. Koreyalı qapıçı həmkarının zərbəsini ram edə bilməyib.

Qarşılaşma Özbəkistanın qələbəsiylə yekunlaşıb - 3:1. Hər iki komanda 1/4 finala vəsiqə qazanıb.

Jasurbek Umrazakov vurduğu qoldan sonra müzakirə predmetinə çevrilib.


Xəbər xətti