Əliyar Ağayev "Roma"nın oyununda!

12:17 26 Sentyabr 2016

Azərbaycan hakimi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyunlarına təyinat alıb.

Sportarena.az-ın AFFA-nnı saytına istinadən yaydığı xəbərə görə, Avroliqanın E qrupunda sentyabrın 29-da Stadio Olimpico-da keçiriləcək “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti