"Qəbələ"nin Avroliqadakı oyununun fit sahibi bəlli oldu

13:49 26 Sentyabr 2016

Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ"nin qrup mərhələsinin 2-ci turunda "Maynz"la  keçiriləcək oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportarena.az xəbər verir ki, oyunu litvalı Qediminas Mazeika idarə edəcək. Ona həmyerliləri Vyautas Simkus və Vytenis Kazlauskas köməklik edəcək, dördüncü hakim funksiyasını Vladimir Qerasimov yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Maynz" görüşü  sentyabrın 29-u saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti