Dieqo Alveşdən La liqa rekordu

15:28 26 Sentyabr 2016

İspaniya çempionatının 6-cı turunda Leqanesin qonağı olan Valensiya 2-1 hesabı ilə qələbə qazandı. Həmin oyunda qonaqların qapıçısı Dieqo Alveş penalti zərbəsini dəf etdi.
31 yaşlı qapıçının bu karyerası ərzində 17-ci dəfə penaltini dəf etməsidir. Onun qapısına bu vaxta qədər 39 penalti təyin edilib. Dieqo Alveş bununla da Andoni Subisarettanı primero tarixində ötməyi bacarıb.


Digər xəbərlər

Xəbər xətti