"Qəbələ" azarkeşlərinin nəzərinə: Avroliqa biletləri satışda

16:12 26 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununun biletləri satışa çıxarılıb. 

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar. 

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti