İbrahimoviç: "Ayaqlarını qıraram"

16:50 26 Sentyabr 2016

Həm Zlatan İbrahimoviç, həm də Paul Poqbanın meneceri olan Mino Raiola “Mançester Yunayted” ilə görüşmələrdə yaşanan maraqlı bir hadisəni açıqlayıb.

O Poqbanın transfer dönəmində İbrahimoviçin dediklərini zarafat kimi söyləyib.

 “İbrahimoviç “Mançester Yunayted”lə müqavilə imzaladıqdan sonra mənə zəng etdi və Poqbanı başqa komanda transfer etsə ayaqlarımı qıracağını söylədi”.

Qeyd edək ki, İbrahimoviç Taekvandoda qara kəmər sahibidir.


Digər xəbərlər

Xəbər xətti