Öncə "Qəbələ", sonra "Maynts"

18:30 26 Sentyabr 2016

Sentyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda “Qəbələ” Almaniyanın “Maynts” komandasını qəbul edəcək.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Maynts” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - sentyabrın 28-də saat 18:00-da arenanın media zalında start götürəcək.
 
İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və yarımmüdafiəçisi Asif Məmmədov çıxacaq. Saat 19:30-da isə Almaniya klubunun baş məşqçisi Martin Şmidt media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq. “Maynts” saat 20:00-da 8-ci kilomter qəsəbə stadionunda, “Qəbələ” isə 19:00-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.


Digər xəbərlər

Xəbər xətti