Məşhur futbolçu həbs olundu

18:55 26 Sentyabr 2016

PSJ klubunun futbolçusu Serj Orye ilə bağlı məhkəmənin yekun qərarı açıqlanıb. 

Fil Dişi Sahilindən olan müdafiəçi 2 aylıq həbs cəzası almaqla yanaşı, 2100 avro məbləğində cərimə edilib.

Buna Oryenin mayın 30-da əylənməyə getdiyi gecə klubundan ayrılarkən, onu yoxlamaq istəyən polislə dalaşması səbəb olub.

Cəza ilə razılaşmayan 24 yaşlı futbolçu apellyasiya məhkəməsinə müraciət edəcək.

Qeyd edək ki, 2 aylıq həbs cəzasını pul cəriməsi ilə qarşılamaq hüququna yiyələnən Orye Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Ludoqorets”lə matçda iştirak edə biləcək. 

///Apasport.az


Digər xəbərlər

Xəbər xətti