"Tottenhem" Moskvaya 5 ciddi itki ilə gedir

21:30 26 Sentyabr 2016

Sabah Çempionlar Liqasının qrup mərhələsində 2-ci turunun ilk oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, sabah İngiltərənin "Tottenhem" klubu ÇSKA Moskvanın qonağı olacaq. Bu görüşə ingilislər ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın əsas heyətindən 5 futbolçu zədə səbəbindən meydana çıxa bilməyəcək.


Komanda sabah Harri Keyn, Erik Dayer, Dembele, Denni Rouz və Musa Sissokonun köməyindən yararlana bilməyəcək. 


Qeyd edək ki, sözügedən futbolçular zədəli olduqları üçün oyunun iştirak ərizəsinə salınmayıb.


Digər xəbərlər

Xəbər xətti