Madrid "Real"ının futbolçusu Toni Kroos Ronaldonun 4 oyunda 2 dəfə əvəz edildiyinə münasibət bildirib.
"Bu hadisə çox şişirdilir. Bir futbolçu üçün 60 oyun keçirmək asan deyil. Məşqçi kimin oynayıb , kimin də oynamayacağını müəyyən edir. Ronaldo komanda ilə normal şəkildə məşq edir. O , "Borussiya" ilə oyuna hazırdır" – deyə Kroos bildirib.