Kikboksçumuz "Qran-pri"yə nakautla başladı - VİDEO

10:52 27 Sentyabr 2016

Çinin paytaxtı Pekində kikboksinq üzrə peşəkarlar arasında keçirilən "Böyük səkkizlik" yarışlarında Azərbaycanı təmsil edən Ramal Aslanov (71 kq) ilk döyüşündə qalib gəlib.

Kikboksçumuz rəqibini nakauta salıb. İdamnçımız bundan sonrakı iki döyüşdə də qalib gəlsə, böyük məbləğdə mükafata sahib ola bilər. Bu məlumatı saytımıza Ramalın çində döyüşünü təşkil edən peşəkarlar arasında Azərbaycan yığma komandasının baş məşqçisi Əlşən Abdulrəhimov verib:

"Federasiyamızın rəhbərliyinin səyi nəticəsində kikboksçularımız belə mötəbər turnirlərdə iştirak edib, böyük mükafatlar əldə edə bilərlər. Əminəm ki, digər kikbokçularımız da müxtəlif çəkilərdə yüksək nəticələr gösrərməyə qadirdir".

Qeyd edək ki, Ramal Aslsanovun Pekində növbəti döyüşü bu ilin sonuna kimi baş tutmalıdır.(atv.az)


Digər xəbərlər

Xəbər xətti