Ukrayna - Kosova görüşünün keçiriləcəyi ölkə məlum oldu

11:52 27 Sentyabr 2016

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna-Kosova oyununun məkanı bəlli olub.

Belə ki görüş Polşanın Krakov şəhərində baş tutacaq. Buna səbəb isə Ukraynanın Kosovanı müstəqil ölkə kimi tanımamasıdır. Polşa isə Ukrayna ilə qonşu ölkə olduğundan görüş üçün uyğun seçilib.


Xəbər xətti