Nigeriya millisinin üzvü niyə "Qəbələ"yə keçmədi?

14:50 27 Sentyabr 2016

Ukraynanın "Çernomorets" klubunun yeni transferi İssa Şeriff Odessa təmsilçisinin rəsmi saytına açıqlama verib. Nigeriyalı futbolçu qışda Azərbaycana gəlişindən və "Qəbələ"yə baş tutmayan transferi haqqında da danışıb: "Qışda Roman Qriqorçukun təklifi ilə Azərbaycana gəldim. O, hələ "Çernomorets"də olarkən mənimlə maraqlanırdı. Daha sonra "Kayrat" və "Zarya"da baxışda oldum. Məndən asılı olmayan səbəblərə görə, heç biri ilə müqavilə imzalaya bilmədim". 

Qeyd edək ki, 25 yaşlı İssa Şerif Nigeriya milli komandası ilə 2007-ci ildə 17 yaşlılardan ibarət futbolçuların dünya çempionatında qalib olmuşdu.


Digər xəbərlər

Xəbər xətti