Çexiya millimizlə oyun üçün 19 futbolçuya dəvət göndərdi

15:26 27 Sentyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də Almaniya, 11-də Azərbaycanla qarşılaşacaq Çexiya millisi bu oyunlar üçün heyətini açıqlayıb.
 

Sportarena.az xəbər verir ki, yığmanın çalışdırıcısı Karel Yarolim sözügedən oyunlar üçün 19 futbolçuya dəvət göndərib.
 

Qapıçılar: Tomaş Vaçlik ("Bazel”, İsveçrə), Tomaş Kubek ("Slovan”), Yaroslav Drobnı ("Verder”, Almaniya);
 

Müdafiəçilər: Tomaş Sivok ("Bursaspor”, Türkiyə), Teodor Gebre Selasse ("Verder”, Almaniya), Marek Suşi ("Bazel”, İsveçrə), Pavel Kaderabek ("Hoffenhaym”, Almaniya), Filip Novak ("Midtyulland”, Danimarka);
 

Yarımmüdafiəçilər: Borek Dokal, Martin Fridek (hər ikisi "Sparta”), Ladislav Kreyçi ("Bolonya”, İtaliya), Yiri Skalak ("Brayton”, İngiltərə), David Pavelka ("Kasımpaşa”, Türkiyə), Tomaş Horava, Milan Petrjela (hər ikisi"Viktoriya”), Yan Sikora ("Slovan”);


Hücumçular: Matey Vidra ("Derbi”, İngiltərə), Patrik Şik ("Sampdoriya”, İtaliya), Vatslav Kadlets ("Sparta”).


Xəbər xətti