Cüdoçularımız dünya reytinqində liderliyini qorudu

16:47 27 Sentyabr 2016

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

 

Oktyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar. Belə ki, yığmamızın aparıcı cüdoçularından yalnız birinin mövqeyində dəyişiklik olub. Tərlan Kərimov (66 kq) 35-ci yeri 36-ya dəyişib. Ondan fərqli, Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə öz çəkisinin birincisidir.

 

Yığmamızın digər aparıcı cüdoçularına gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 8-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (100 kq-dan yuxarı) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-cı sıradadır.


Digər xəbərlər

Xəbər xətti