"Lester"dən Çempionlar Liqasında yeni rekord

11:11 28 Sentyabr 2016

İngiltərənin "Lester" klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Ölkə çempionu "Dumanlı Albion" təmsilçiləri arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk 2 turunu qələbə ilə başa vuran birinci komanda olub.

"Lester" əvvəlcə Belçika "Brügge"sini 3:0, ardından Portuqaliya "Portu"sunu 1:0 hesabı ilə yenib.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələlərində müxtəlif illərdə İngiltərənin "Mançester "Yunayted", "Mançester Siti", "Arsenal", "Tottenhem", "Liverpul", "Çelsi", "Lids", "Nyukasl" və "Blekbern" çıxış ediblər. Onlardan heç biri ilk 2 turda qələbə qazana bilməyib. (report.az)


Xəbər xətti