“Zirvə” futbolçuları yarışlara qələbə ilə başladılar

13:30 28 Sentyabr 2016

AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə Azərbaycan birinciliklərinə start verilib. Turnirlərdə “Zirvə” Futbol Klubları da iştirak edirlər. Onlar əsasən cənub regionu üzrə yarışlarda çıxış edəcəklər. Klubu “Lənkəran-Zirvə”çilər U-10, U-11, U-13 və U-14 komandaları ilə təmsil edirlər.

Sentyabrın 25-də ilk turun oyunları keçirilib.

U-10 komandamız “Masalli UGİM”lə gərgin keçən oyunun son saniyələrindəki vurdugu qolla 3:2 hesabi ilə qalib gəlməyi bacarıb.

U-11-imiz isə “Lənkəran UGİM” komandasi ilə qarşılaşıb. Matçda qalib müəyyən edilməyib – 4:4.

U-13 komandamz da “Lənkəran UGİM”ə 3:0 hesabi ilə qalib gəlməyi bacarıb.

U-14-ümüz isə bu turda oynamaqdan azad olub.

Beləliklə, gənc futbolçular ilk turda iki qələbə və bir bərabərliklə uğurlu start verdilər. 


Digər xəbərlər

Xəbər xətti