"№11 İsgəndər Cavadov" kitabının təqdimatı olub

18:54 28 Sentyabr 2016

Azərbaycan futbolunun ən istedadlı yetirmələrindən biri İsgəndər Cavadovun anadan olmasının 60 illik yubileyinə həsr edilən “№11 İsgəndər Cavadov” kitabının təqdimat mərasimi keçirilib.


Sportarena.az xəbər verir ki, tədbirdə müəllif, tanınmış televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə kitab haqqında məlumat verib.


AFFA-nın baş katibi Elxan Məmmədov, nəşrin redaktoru, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli, futbol veteranı İqor Ponomaryov, Gürcüstan futbolunun əfsanələri Aleksandr Çivadze və Vladimir Qutsayev, belaruslu veteran futbolçu Andrey Zıqmantoviç və Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev çıxışlarında İsgəndər Cavadovun yüksək istedadından danışıblar. Çıxışlarda Azərbaycan futbolunun tarixinin gələcək nəsillərə çatdırılması baxımından belə kitabların əhəmiyyətini xüsusi vurğulayıblar.


İsgəndər Cavadov tədbir iştirakçılarına minnətdarlığını bildirib, futbol sahəsində gördüyü işləri hər zaman yüksək qiymətləndirən ölkə rəhbərliyinə təşəkkür edib. O, Azərbaycan futbolunun inkişafı istiqamətində bundan sonra da səylə çalışacağını diqqətə çatdırıb.


Digər xəbərlər

Xəbər xətti