"Fiorentina" "Qarabağ" üçün heyətini açıqladı

21:03 28 Sentyabr 2016

“Fiorentina”nın Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəyi oyun üçün heyəti müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Souza bu turnir üçün sifariş olunan 23 oyunçudan 3-nü siyahıdan çıxarıb.


Məlumata görə, Souza oyun günü daha 2 oyunçunu siyahıdan çıxaracaq və yekun “18-liy”i müəyyənləşdirəcək.
 

Qapıçılar: Bartlomyej Draqovski, Luka Letserini, Çiprian Tataruşanu
Müdafiəçilər: Sebastyan de Mayo, Xrvoye Miliç, Maksimiliano Olivera, Karlos Salsedo, Nenad Tomoviç
Yarımmüdafiəçilər: Milan Badelj, Federiko Bernardeski, Federiko Çiesa, Sebastyan Kristoforo, Yosip İliçiç, Karlos Sançes, Kristian Telyo, Borxa Valero, Matias Vesino
Hücumçular: Nikola Kaliniç, Kuma Babakar, Mauro Zarate
 
Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” görüşü sabah “Artemio Franki” stadionunda keçiriləcək.


Xəbər xətti