"Qalatasaray"dan qovulan məşqçi La Liqa klubunda

10:10 29 Sentyabr 2016

İspaniyanın Valensiya klubunun rəhbərliyi yeni baş məşqçinin adını müəyyənləşdirib. Komandanı bundan sonra Çezare Prandelli çalışdıracaq. Bu barədə Sky Sports məlumat verib.
 
Xatırladaq ki, Valensiya 2 tur əvvəl baş məşqçi Pako Ayesteranı istefaya göndərmişdi. Onun gedişindən sonra müvəqqəti çalışdırıcı Qoronun rəhbərliyi altında yarasalar 2 qələbə qazanmışdı. 
 
Çezare Prandellinin son iş yeri Qalatasaray klubu olub. Ondan əvvəl isə mütəxəssis İtaliya millisini çalışdırmışdı.

 


Xəbər xətti