Sabiq "Fənər"li: "Fənərbağça"ya qol vursam, sevinəcəm, amma..."

15:08 29 Sentyabr 2016

"Feyenoord"un şərəfini qoruyan Dirk Kuyt "Fənərbağça" ilə matçdan öncə jurnalistlərin suallarını cavablandırıb. 35 yaşlı futbolçu keçmiş komandasına qol vuracağı halda sevinəcəyini bildirib: "Fənərbağça"ya uğurlar arzulayıram. Yeni baş məşqçiləri var. Uğur qazanmaq üçün vaxta ehtiyac olur, amma futbolda bu vaxtı vermirlər. Niderlandda da komandanın matçlarını izləməyə çalışıram, amma asan olmur. Burada dostlarım var, hamısına uğurlar arzulayıram, amma söyləməliyəm ki, onları çətin oyun gözləyir".

"Fənərbağça"ya qol vuracağı halda necə reaksiya verəcəyinə də toxunan holland futbolçu sevinəcəyini dilə gətirib: "Necə oyunçu olduğumu 3 il ərzində görmüsünüz. Hər şeyimi verdim, sabah (bu gün) eyni şeyi "Feyenoord" üçün də edəcəm. Qol vursam, sevinəcəm, amma bunu hörmət çərçivəsində edəcəm, çünki 3 ildir məni dəstəkləyən və arxamda olan azarkeşlərə hörmətim var".

Qeyd edək ki, "Fənərbağça" - "Feyenoord" matçı bu gün keçiriləcək. 


Xəbər xətti