Roman Qriqorçuk: "Rəqib sanki tayfun kimi üstümüzə gəlirdi"

22:15 29 Sentyabr 2016

"Qəbələ" Avropa Liqasının 2-ci turunda doğma meydanında Almaniyanın "Maynts" klubuna 2:3 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Razısız ki, “Maynts” daha əzmkar oyun nümayiş etdirdi?

- Bu gün “Maynts” bütün kompanentlərdə bizdən üstün idi, həm sürətdə, həm gücdə, həm oyunda. Futbolçularım maksimum gücləri ilə oynadılar. Pərt olmaq üçün səbəbimiz yoxdu. Biz alman klubu ilə eyni yerdəyik. Belə rəiqblərlə oynamaq bizim üçün üstünlükdür.

 

- Hesab 2 – 1 olarkən rəqib dəyişiklik etdi, o futbolular da fərqləndi...

- Rəqib komplektləşdirilmiş komandadı. Əvəzetmədən sonra oyun sürətləndi. Bu da hesabın dəyişməsinə gətirib çıxardı. Təbbi ki, məğlub olmaq yaxşı deyil, amma belə rəqiblərə qarşı oynamağı öyrənməliyik.

 

- Roman Qriqorçuk rəqibə nəyə görə uduzdu? Ehtiyat oyunçular skamyası zəngin olmadığına görə, yoxsa çempionatlarımız arasındakı fərqə görə?

- Tam fərli səviyyələrdi. Büdcələr arasında çox fərq var. Bundesliqada zəif komanda yoxdur. Mən bir daha söyləyirəm. Biz niyə belə suallar veririk? Onların səviyyəsinə fikir verin. Amma buna görə, təslim olmamalıyıq.

 

- Premyer Liqada etibarlı müdafiə ilə seçilən “Qəbələ” həmin müdafiənin səhvindən qollar buraxdı. Düşünmürsüz ki, müdafiəçilər bu gün etimadı doğrultmadı?

- Qol hər zaman səhvlərdən vurulur. Biz adətən düzgün komanda şəklində müdafiə olunuruq. Kimisə günahlandırmıram. Bu gün yaxşı oynadıq. Ozobiç ən çox qaçan futbolçu idi, həmçinin Dabo da. Bu da onu göstərir ki, futbolçu seçərkən düzgün seçim etmişik .Futbolçularıma təşəkkür edirəm.

 

- Teo Uikslə Nika Kvekveskirinin oynamamağı oyununuza necə təsir etdi?

- Bizim bütün futbolçularımız qızıl dəyərindədir. Hər birinin oynamamağı oyunumuza təsir edir. Təbii ki, onların yoxluğu bizim üçün böyük itkidir. İstərdim kİ, onlar da bizə kömək etsinlər. Onların olmadığına görə Vernidubu yarımmüdafiədə oynatdım. İtkilərimiz olmasaydı nəticə fərqli ola bilərdi.

 

- Ot ördüyündən razı qaldız? Dünən dediz ki, ot örtüyünə baxıb taktiki dəyişiklik edəcəm. Hansı dəyişikliklər etdiz?

- Təəssüf ki, meydan çox əla vəziyyətdə idi. İstəyirdik ki, qarlı havada oynayaq. Rəqib sanki tayfun kimi üstümüzə gəlirdi.(sportal)


Digər xəbərlər

Xəbər xətti