Rəşad Sadiqov: "Çünki, onlar "alman maşınları"dı"

22:43 29 Sentyabr 2016

Bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ” “Bakcell Arena”da Almaniyanın "Maynts” klubuna məğlub olub. Oyundan sonra "Qəbələ”nin kapitanı Rəşad Sadiqov sportarena.az-ın da əməkdaşının suallarını cavablandırıb:
 

"Oyunun gedişi zamanı hesabda irəli də çıxdıq, lakin üstünlüyümüzü qoruya bilmədik. Mənim fikrimcə, gücümüz çatmadı. Rəqib Bundesliqa komandasıdır. Gücümüz çatmadı qalib gəlməyə”.


- Qələbə qazanmaq üçün nə çatışmadı?
- Yenə deyirəm, fiziki cəhətdən gücümüz çatmırdı. Get-gedə güc öz söünü dedi və məğlub olduq.


- Rəşad Sadıqov bildirmişdi ki, Çexiya komandalarından zəhləm gedir. "Qəbələ” də ikinci ildi alman klubları ilə üz-üzə qalır. Sənin onlardan zəhlən getmir?
- Yox, bu,  məndə heç bir komandaya nifrət yaratmayıb. Sadəcə, almanlara qarşı oynamaq çox ağırdı. Çünki, onlar "alman maşınları”dı və bir dəqiqə də dayanmırlar. Gördüyünüz kimi, 90-cı dəqiqədə də “uçurdular” hücuma. 


- Bu gün meydanda həmişəkindən fərqli Rəşad Sadiqov gördük...
- Rəqib imkan vermirdi oynamağa. Bu səbəbdən zəif çıxış edirdik. Top saxlamağa imkan vermirdilər. Topu alırdıq, o zaman qarşımızda 1-2 nəfər peydə olurdu.  Rahat oynamağa imkan vermirdilər.


- Bu gün 90 dəqiqə oynamağa hazır olmadığınız görünürdü...
- Bunu siz belə görə bilərsiniz. Baş məşqçimiz fərqli düşünür. 


- "Qəbələ” niyə stadionlaru doldura bilmir?
- Açığı, bu sualı mən cavabladıra bilmərəm. Bu sualı başqa adamlara versəniz daha yaxşı olar. Bu gün çox gözəl atmosfer var idi stadiomda. Azarkeşlər sağ olsun ki, oyuna gəlib dəstək oldular. 


- Dediyiniz atmosferi də almanlar yaratmışdı...
- 100 nəfərlə amosfer olmur ki... 


- "Maynts” 1 xal götürə biləcəyiniz rəqiblərdən biri idi, amma...
- Hər üç rəqibdən xal götürə bilərdik. Bəllidi ki, rəqiblərimiz güc baxımından bizdən güclüdülər. Hər üç klubu eyni gücdə dəyərləndirərdim. Əlbəttə, biz hər bir komandadan xal götürmək istəyirik. 


- "Qəbələ”nin qrupdan çıxmaq üçün şansları var?
- Çətindir, çox çətindir. Ancaq ümidlər sonda ölür. 


- Bu qrupu ötən il düşdüyünüz qrupla necə müqayisə edə bilərsiniz?
- Keçən ilki rəqiblərimiz güclü idi. Bu ilki rəqiblərimiz isə eyni səviyyədədi. Demək olar ki, rəqilərimiz ötən ilki rəqibimiz "Krasnodar”la eyni gücdədilər.  


- Tez-tez top itkilərinə yol verirdin. Bu, nə ilə əlaqədar idi? Meydanın sürüşkən olması, yoxsa digər səbəbdən?
- Əvvəl oynamaq olurdu. Lakin sonra yağış yağdı daha da sürüşkən oldu. Bundan əlavə, rəqib də imkan vermidi oynamağa. 


Digər xəbərlər

Xəbər xətti