UEFA prezidenti: "Azərbaycanın avrokubok finalı keçirmə şansı var"

15:33 30 Sentyabr 2016

"Bu cür tədbirlərin keçirilməsi futbolun inkişafına böyük kömək göstərir. Avro-2020-nin oyunları Bakıda da keçiriləcək. Azərbaycan da final mərhələsinə vəsiqə qazansa, yaxşı olar".

Bunu Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksandr Çeferin jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O, Avro-2020 üçün hazırlanan loqonu çox bəyəndiyini bildirib:

"Loqonun arxasındakı ideya millətləri birləşdirir".

A.Çeferin Bakının futbol infrastrukturu barədə də fikirlərini bildirib:

"24 saatdan azdır ki, Bakıdayam. Bakı Olimpiya Stadionunu kənardan görmüşəm. Gözəl görüntüsü var, çox gözəl stadiondur. Dünən "Qəbələ" - "Maynts" görüşünü izlədim. Həmin arena da gözəldir". 
UEFA prezidenti Avropa kuboklarının final matçının Bakıda keçirilmə ehtimalından da danışıb. O bildirib ki, bunun üçün yerli assosiasiya tərəfindən müraciət olmalıdır: "Ən yaxşı təkliflər qəbul edilir. Bu məsələ UEFA tərəfindən geniş müzakirə olunur. Düşünürəm ki, Azərbaycanın da şansı var".


Xəbər xətti