Arsen Venqer İngiltərə yığmasını çalışdıra bilər

22:10 30 Sentyabr 2016

“Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venqer İngiltərə yığma komandasının sükanı arxasına keçə bilər.


Fransalı mütəxəssis özü bu barədə Britaniyanın “Sun” qəzetinə açıqlamasında deyib: “Klubda işi mükəmməl görmək mənim prioritetimdir. Əgər buna vaxtım olsa, milli ilə işləmək haqda da düşünə bilərəm. Ancaq hazırda bütün diqqətimi klubdakı fəaliyyətimə yönəltmişəm”.


Onun “topçular”la müqavilə müddəti 2017-ci ilin yayında başa çatacaq. A.Venqer 1996-cı ildən bu kluba rəhbərlik edir. İyirmi il ərzində o, komandasına üçqat İngiltərə çempionluğunu, altıqat ölkə kuboku və altıqat Superkuboku qazandırıb. Çalışdırıcı üç dəfə İngiltərə Premyer Liqasında ilin məşqçisi (1998, 2002, 2004), Avropada isə eyni ada dörd dəfə (2000, 2002, 2003, 2004) yiyələnib.


Digər xəbərlər

Xəbər xətti