Avroliqada bu həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

22:48 30 Sentyabr 2016

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.


Azarkeşlər arasında aparılan sorğuya əsasən, "Fənərbaxça"nın yarımmüdafiəçisi Cermeyn Lens ən yaxşı oyunçu seçilib. O, səslərin 69 faizini toplayıb.


Qeyd edək ki, C.Lens Avropa Liqasının ikinci turunda "Feyenoord"a qarşı görüşdə yaxşı oyunu ilə seçilib.


Xəbər xətti