Kriştiano Ronaldoya yeni təklif: ömürlük müqavilə

11:14 1 Oktyabr 2016

ABŞ-ın nəhəng idman geyimləri istehsal edən şirkəti "Nike" Kristiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır. 


Sportarena.az xəbər verir ki, şirkət futbolçu ilə ömürlük müqavilə imzalamaq niyyətndədir.

 
Yaxın zamanlarda tərəflər arasında daha yaxşılaşdırılmış şərtlərlə 2021-ci ilə kimi müqavilə əldə olunsa da, görünür şirkət bununla kifayətlənmək istəmir.
 

Qeyd edək ki, "Nike" daha iki nəfərlə - əfsanəvi basketbolçu Maykl Cordan və əfsanəvi futbolçu braziliyalı Ronaldo ilə ömürlük müqavilə imzalayıb.


Xəbər xətti