Neymar Braziliya hökumətini məhkəməyə verib

12:34 1 Oktyabr 2016

"Barselona" futbol klubunun və Braziliya milli komandasının hücumçusu Neymar ölkə hökumətini məhkəməyə verib.


Sportarena.az xəbər verirki, buna səbəb kimi onun və ailəsinin ittiham olunduğu vergi cinayətləri barədə istintaq materiallarının sızması ehtimal edilir. Bu barədə  Associated Press agentliyi xəbər yayıb.
 

Mənbənin məlumatına görə, Braziliya şəhərində federal məhkəməyə müraciət mayın 17-də olunub.
 


Xatırladaq ki, 24 yaşlı Neymarın adı  daha bir böyük işdə hallanır. "Barselona" rəhbərliyi transfer zamanı 13 milyon avro vergidən yayınmada ittiham olunmuşdu. İlkin olaraq  klubun sabiq prezidenti  Sandro Rosel bəyan etmişdi ki, Neymar kluba 57,1 milyon avroya başa gəlib. Lakin  sonradan komanda rəhbərliyi oyunçu ilə əlavə müqavilələri etiraf etmişdi. Neymarın atası isə transfer müqaviləsinin dəyərini  100 milyon avro civarında olduğunu demişdi.


Digər xəbərlər

Xəbər xətti