Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasimi keçirilib

15:11 1 Oktyabr 2016

Oktyabrın 1-də Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasimi keçirilib.

 

Tədbirdə əvvəlcə görkəmli şahmatçının həyatından bəhs edən videoçarx nümayiş olunub.

 

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək mərhum şahmatçının qazandığı uğurlar barədə məlumat verib, akademiyanın fəaliyyətə başlamasının önəmini yüksək qiymətləndirib.

 

V.Həşimovun komanda yoldaşları Qədir Hüseynov və Zeynəb Məmmədyarova mərhum şahmatçı barədə xatirələrini bölüşüb, onun sadiq dost, güclü şahmatçı olduğunu diqqətə çatdırıblar.

 

Şahmatçının atası Qasım Həşimov ölkəmizdə idmanın bu növünün inkişafına dövlət qayğısını yüksək qiymətləndirib, Vüqarın xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib. O, Vüqarın xatirəsinin yaddaşlarda qalması üçün bundan sonra da müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib.


Sonda V.Həşimovun yaradıcılığından bəhs edən film nümayiş olunub.(azərtac)


Xəbər xətti