Pepe "Real"dan gedir

15:53 1 Oktyabr 2016

“Real” müdafiəçisi Pepe ilə ilə 2017-ci ilin yayında başa çatacaq müqavilənin müddətini hələlik uzatmaq fikrində deyil.


Bu səbəbdən 33 yaşlı portuqaliyalı futbolçunun mövsümün sonu “Kral klubu”nu tərk edəcəyi istisna olunmur.


Bildirilir ki, həmin vaxt icarə qaydasında “Malaqa”da oynayan müdafiəçi Dieqo Loryente “Real”a qayıdacaq. “Real”ın məşqçilər heyətinin 23 yaşlı bu oyunçuya inandığı və yeni mövsümdən Pepenin mövqeyində oynatmaq istədiyi bildirilir.


Bundan başqa, Madrid təmsilçinin icarə əsasında Almaniyanın “Ayntraxt” komandasında çıxış edən 19 yaşlı Xesus Valexon da müsbət oyunu ilə fərqlənir. Bu səbəbdən onun da yeni mövsümdən “Real”da oynayacağı istisna deyil.


Xəbər xətti