Argentina dünya çempionu oldu

10:11 2 Oktyabr 2016

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib. 

Sportarena.az xəbər verir ki, final görüşündə Rusiya və Argentina milliləri üz-üzə gəlib. Gərgin keçən matç 5:4 hesabı ilə Argentina millisinin xeyrinə başa çatıb. Bu nəticə ilə Argentina dünya çempionu olub.

Qeyd edək ki, Azərbaycan millisi mundialda 1/4 finala qədər yüksəlib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olub.

Final

Rusiya - Argentina - 4:5
Qollar:
Eder Lima, 15,23; 21,18, 39,41; Liskov, 38,56 - Vaporaki, 15,49; 38,19, Kuzzolino, 19,32, Brandi, 21,35; 22,33


Digər xəbərlər

Xəbər xətti