"Real"da ciddi itki: 1 ay olmayacaq

11:30 2 Oktyabr 2016

“Real” Madrid “Borrussiya” Dortmund ilə oyun sonrası ciddi itki ilə üzləşib.

Belə ki kral klubunun əsas simalarından olan Luka Modriç həmin oyunu zədəli şəkildə oynayıb. Oyun sonrası testlərdən sonra sol dizində problem olduğu açıqlanan Luka Modriç 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Bununla da o blankosun La Liqada “Eybar”, “Real Betis”,  “Atletik Bilbao” və “Alaves” ilə oyunlarını buraxacaq. Modriç Çempionlar Liqasında “Legiya” ilə oyunda da iştirak etməyəcək.

Bu zədə Xorvatiya millisinə də təsirsiz ötüşməyib. Belə ki kapitan komandasının Kosova və Finlandiya ilə keçirəcəyi seçmə mərhələ oyunlarında da iştirak etməyəcək.


Digər xəbərlər

Xəbər xətti