İbrahimoviç Mançesterə gəlməzdən öncə 100 milyon dolları rədd edib

11:53 2 Oktyabr 2016

Zlatan İbrahimoviç “Mançester Yunayted”ə transfer olmazdan əvvəl Çindən gələn rekord məbləğdə təklifi rədd edib.

Bu barədə onun meneceri Mino Raiola məlumat verib. O bildirib ki, keçən yay İbrahimoviçin Paris klubu ilə müqaviləsi başa çatıb. Transfer hüququ öz əlində olan ulduz futboçuya Çin klubundan 100 milyon dollarlıq təklif gəlib. Klubun adını açıqlamayan Mino bildirib ki, Zlatan heç düşünmədən təklifi rədd edib. “O pulu deyil, qazanmağı seçdi”.


Digər xəbərlər

Xəbər xətti