Azərbaycan çempionu İŞİD üçün kamikadze hazırlayırmış

11:30 3 Oktyabr 2016

İraqda öldürülən Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayevin İŞİD-dəki fəaliyyəti və idmançını Mosula aparan yollar üzə çıxıb.

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, Avropa çempionunun yaraqlılara qoşulması anidən baş verməyib.

O, xalça üzərində ilk qələbələrindən sonra çox yeniyetmə bir qızla evlənib. 2 ildən sonra onların bir qızı olub ki, körpəyə Dağıstan üçün qeyri-adi olan Xəttab adını qoyub.

Rusiyalı həmkarlarımızın yazdığına əsasən, 74 kq və 84 kq çəki dərəcələrində Azərbaycan çempionu adını qazanan Çamsulvarayevin İŞİD-də əsas vəzifəsi kamikadzelər hazırlamaq olub. O, ancaq qadın və qızları bu işə cəlb edirmiş.

Sabiq güləşçimizin yaraqlılara 2014-cü ildə qoşulduğu vurğulanır. Peşəkar idmanı atan güləşçi adını da həmin vaxt dəyişib və “Al-Bara” olub. Həmkarlarımız Çamsulvarayevin İŞİD-ə qoşulan güləşçilər arasında ən titullusu olduğunu da qeyd ediblər. Onların yazdığına əsasən, sabiq təmsilçimizə qədər bir çox idmançılar öldürülsə də, bu yaraqlıların içərisində ən tanınmışı olub.

Qeyd edək ki, 2000-ci illərdə milliləşərək Azərbaycan yığmasına cəlb olunan Çamsulvarayev ölkəmizə 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazandırıb. Həmçinin, 2009-cu ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var.


Digər xəbərlər

Xəbər xətti