Ronaldodan antirekord

15:11 3 Oktyabr 2016

"Real"ın futbolçusu Kriştiano Ronaldo özünəməxsus antirekordu təkrarlayıb.

2010-ci ildən sonra portuqaliyalı hücumçu ilk dəfə La Liqadakı ilk 4 oyunundan sonra cəmi 1 qol vurub.

K.Ronaldo son olaraq "Eybar"la görüşdə (1:1) fərqlənə bilməyib.

Qeyd edək ki, K.Ronaldo bu mövsüm La Liqanın 7 turunun 3-nu buraxıb. O, zədə səbəbindən çempionatının ilk 2 oyununda iştirak etməyib. "Espanyol"la görüşü isə xəstələndiyi üçün buraxıb.


Xəbər xətti