Məşhur boksçu: "Boks indiyə qədər məşğul olduğum ən darıxdırıcı şeydir"

15:51 4 Oktyabr 2016

Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə super ağır çəkidə dünya çempionu olan böyük britaniyalı Tayson Fyuri karyerasını başa vurduğunu açıqlayıb.

Sportarena.az TASS-a istinadən məlumat verir ki, bu barədə boksçu özü "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Boks indiyə qədər məşğul olduğum ən darıxdırıcı şeydir. Mən dahiyəm və gedirəm. Xoş günlər", deyə T.Fyuri yazıb


Digər xəbərlər

Xəbər xətti