Veteran güləşçimiz dünya çempionatında qızıl medal qazandı

10:55 6 Oktyabr 2016

Finlandiyanın Seynyajoki şəhərində veteranlar arasında yunan-Roma güləşi üzrə növbəti dünya çempionatı keçirilib. Dairəvi sistem üzrə keçirilən yarışlarda ən çox qələbə qazanan idmançı qalib elan olunurdu. Yarışlarda 44 ölkədən 250 güləşçi 7 dəst mükafat uğrunda mübarizə aparıb.
Ölkəmizi Əlisahib Əliabbasov (76 kq), Məmməd Əliyev (85 kq) və Rövşən İsmayılxanlı (130 kq) təmsil edib.
130 kq-da mübarizə aparan Rövşən İsmayılxanlı yer aldığı D qrupunda gümüş medal qazanıb. 
Qeyd edək ki, Rövşən İsmayılxanlı bundan əvvəlki çempionatlarda iki dəfə bürünc medal qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti