ŞOK: Baş məşqçi Ronaldo və İbrahimoviçdən sperma istədi

11:11 6 Oktyabr 2016

Norveçin 3-cü liqasında çıxış edən "Nordstrand"ın baş məşqçisi Hans Tofte Kriştiano Ronaldo və Zlatan İbrahimoviç kimi məşhur futbolçuları axtarır.

Axtarışın səbəbi çox qəribədi.

Məsələ burasındadı ki, Tofte 30 ildi məşqçilik fəaliyyəti ilə məşğul olur. Baş məşqçi hazırda çalışdırdığı komandanı 20 ildən sonra ən güclü edəcəyinə inanır. Bunun üçünsə o, qəribə üsul fikirləşib. 1000-dən çox futbolçu ilə çalışdığını deyən baş məşqçi artıq daha gənc və isteadlılara ehtiyacı olduğunu bildirib. Bunun üçün Tofte videomüraciət hazırlayıb:

"Məşhur bir şəxsdən sperma almaq üçün köməyinizə ehtiyacım var. Çalışdığım futbolçuların çoxu həqiqətən çox bacarıqsız və yaşlı olublar. Bəziləri də gombul idi. Artıq yorulmuşam. Ancaq bir ideyam var. 20 il sonra "Nordstrand" dünyanın ən yaxşı komandası olacaq. Necə? Komandamdakı futbolçuların sevgililərini ən məşhur futbolçuların spermalarıyla hamilə qoyacam. Bunun üçün köməyinizə ehtiyacım var. Aranızda Zlatanı və ya Ronaldonu tanıyan var? Xahiş edirəm, bu videonu paylaşın. Təcili olaraq bu futbolçularla danışmalıyam. Artıq bu vəziyyətə tab gətirə bilmirəm".(qafqazinfo.az)


Digər xəbərlər

Xəbər xətti