Azərbaycan kubokunun püşkü atıldı

12:39 6 Oktyabr 2016

Bu gün Azərbaycan kubokunda 2016/17-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. 


Sportarena.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə yarışın 18 iştirakçısının rəqibləri bəlli olub. 


Belə ki,Premyer Liqa klubları “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt” yarışa 1/8 finaldan başlayacaq. I divizion təmsilçiləri - “Rəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail” də kubokda qüvvəsini sınayacaq. “Ağsu”, “Energetik”, “Mil-Muğan” və “Göyəzən” isə bu dəfə yarışa qatılmayacaq.


Püşkün nəticəsi aşağıdakı kimidir:

1/16 final

“Turan Tovuz” - “Bakılı”

“Şəmkir” - “Qaradağ-Lökbatan”

1/8 final

“Zirə” - “Turan Tovuz” -“Bakılı” cütünün qalibi ilə

“Neftçi” - “Şərurspor”

“Qarabağ” - “Səbail”

“Sumqayıt” - MOİK

“İnter” - “Şəmkir” - “Qaradağ-Lökbatan” cütünün qalibi ilə

“Kəpəz” - “Şahdağ”

“Qəbələ” - “Zaqatala”

AZAL - “Rəvan”

1/4 final

3-cü cütün qalibi - 4-cü cütün qalibi

5-ci cütün qalibi - 6-cı cütün qalibi

7-ci cütün qalibi - 8-ci cütün qalibi

9-cu cütün qalibi - 10-cı cütün qalibi

1/2 final

11-cütün qalibi - 12-ci cütün qalibi

13-cü cütün qalibi - 14-cü cütün qalibi

Final


Digər xəbərlər

Xəbər xətti