"Qarabağ" - PAOK oyununun keçiriləcəyi stadion müəyyənləşdi

16:09 6 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində III turunda keçiriləcək "Qarabağ"  - PAOK oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 

Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın direktoru Əmrah Çəlikəl jurnalistlərə açıqlamasında deyib.


Klub rəsmisi qeyd edib ki, bu müddətdə Premyer Liqa oyunu da mərkəzi arenada ola bilər.


Qeyd edək ki, "Qarabağ" - PAOK oyunu oktyabrın 20-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti