Asim Xudiyevə UEFA-dan yeni təyinat

23:11 6 Oktyabr 2016

Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.


Sportarena.az xəbər verir ki, o, 21 yaşadək futbolçuların matçında iş başında olacaq.


Belə ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Qazaxıstan–Norveç görüşündə hakim-inspektorun vəzifəsini A.Xudiyev yerinə yetirəcək.


Oktyabrın 11-də keçiriləcək görüş Qazaxıstanın Aktobe şəhərində oynanılacaq.


Xəbər xətti