"Barselona" üçün ciddi itki

12:14 7 Oktyabr 2016

İspaniya millisinin futbolçusu Jordi Alba DÇ-2018-in seçmə mərhələsində Albaniya ilə oyunu buraxacaq.

Buna səbəb onun İtaliya ilə qarşılaşmanın 2-ci hissəsində zədələnməsidir. O yerini “Real” Madridin gənc futbolçusu Naço Fernandezə verib. “Barselona” rəsmiləri isə onun nə qədər müddətə sıradan çıxdığını öyrənmək üçün müayinənin nəticələrini gözləyir.

Qeyd edək ki, Albaniya – İspaniya görüşü oktyabrın 9-u keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti