Zidan: "İstefadan qorxmuram"

14:15 7 Oktyabr 2016

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan ardıcıl 4 heç-heçədən sonra istefa haqqında fikirlərini bildirib.
 
"İstefadan qorxmuram. Onsuz da nə vaxtsa bu baş verməlidir. Mən işimdən böyük zövq alıram.İşim çətin olsa da bu mənim üçün böyük şansdır. Lakin öyrənib və inkişaf etməyi qarşıma məqsəd qoymuşam.Belə gözəl oyunçularla işləyərkən istər-istəməz çox şey öyrənirsən.Bir həftəlik məşqlər mənim üçün oyundan daha yaxşıdır. Nəticədən aslı olmayaraq gözəl komandam var", – deyə Zidan qeyd edib.


Xəbər xətti